Mayorun Murovda son döyüşü FOTO


Digərləri 25 Okt 2021 20:59:00 105 0

Mayorun Murovda son döyüşü  FOTO

Elə bil ürəyinə dammışdı...

Evdən çıxanda həyat yoldaşı Zeynəbə deyib ki, maaş kartımı götür, mən müharibəyə gedirəm...

Həyat yoldaşı kartı götürməkdən imtina edib. Onda İlkin deyib ki, bunu sənə yox, oğlum Əliyə verirəm.

Kimin ağlına gələrdi ki, bu onun son gedişi olacaq...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İlkinin atası Cəfər Rzayev də Birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Könüllülər sırasında Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibədən sağ-salamat qayıtsa da, 2012-ci ildə avtomobil qəzası nəticəsində vəfat edib.

Onda İlkin beş il idi ki, ordu sıralarında xidmət edirdi...:

Anası Balaxanım xatırlayır: "Keçən ilin sentyabrında Gəncəyə İlkinin ailəsinə baş çəkməyə getmişdim. Nəvələrimi çıxarıb parkda gəzdirirdim. İlkin zəng edərək harada olduğumu soruşdu. Bir azdan hərbçi yoldaşı ilə parka gəlib uşaqları ilə görüşdü. Onunla gələn yoldaşı nəvəmə oğlumun müharibəyə getdiyini bildirdi. Mənim narahat olduğumu görən İlkin dedi: "Ana, narahat olma, axşam evə gələcəyəm, onda söhbət edərik".

Mən evə qayıdanda həyat yoldaşı bildirdi ki, İlkin mənimlə sağollaşıb getdi...

Həmin gün Balaxanımın oğlu, Zeynəbin həyat yoldaşı, iki oğlu və qızının ataları ilə son görüşü oldu...