Şəhid Xəqani Əsgərov Vətən müharibəsində böyük şücaət göstərib


Digərləri 25 Okt 2021 19:12:00 120 0

Şəhid Xəqani Əsgərov Vətən müharibəsində böyük şücaət göstərib

Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid hərbçilərimizdən biri də Xəqani  Əsgərov olub.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına qatılıb. Müddətdən artıq xidmət edən hərbi qulluqçumuz 44 günlük Vətən müharibəsində fəal iştirak edib. O, döyüşlərin ilk günündən silaha sarılaraq düşmənin üzərinə atılıb.

Xəqani  Əsgərov Cəbrayıl və Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində şücaət göstərib. Qəhrəmancasına şəhadətə ucalan Xəqani indi təkcə ailəsinin deyil, bütün xalqımızın qürur mənbəyidir.

Xudat şəhərində yaşayan Xəqani Əsgərov ailəli idi. İndi onun iki qız övladı yadigar qalıb. Qəhrəman şəhidimiz ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: