Azərbaycanda evlənən hər 3 cütlükdən 1i boşanır


Digərləri 25 Okt 2021 17:18:00 119 0

Azərbaycanda evlənən hər 3 cütlükdən 1i boşanır

Rəsmi statistikaya görə bu il ailə quran hər  üç cütlükdən biri boşanıb. Sosiloqlar bildirir ki,  əvvəlki illərdə nikahların dağılmasının səbəbi  başqa amillərlə əlaqədar idisə  indi boşanmalara  təsir edən səbəblər müxtəlif cürdü. İki tərəfin bir-biri ilə razılığa gəlməməsi, anlaşılmazlıq  və bir çox səbəblər boşanmaların artması ilə nəticələnir.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, toyu olan hər üç cütlükdən biri boşanıb.

Rəsmi statistikaya görə 2021-ci ilin yanvar-avqust aylarında 36 min 63 cütlük nikaha daxil olub. Bu dövrdə 11 min 313 boşanma halları qeydə alınıb. 

Paytaxt sakinləri boşanmaların səbəbini müxtəlif  cür izah edir, ailənin qorunması üçün bır sıra vacib məqamların olduğunu qeyd edirlər.

Sosioloq Əhməd Qəşəmoğlu  deyir ki, boşanmaya təsir edən müxtəlif amillər var... Sosioloq boşanmaya səbəb olan dörd amili açıqlayıb.

Ailə ilə bağlı elmi-tədqiqat institutları da  bu istiqamətdə işləməlidirlər deyə sosioloq bildirib.