Bölgələrdəki bəzi sahibkarlar kredit əldə etməkdə çətinlik çəkirlər


Digərləri 25 Okt 2021 12:18:00 253 0

Bölgələrdəki bəzi sahibkarlar kredit əldə etməkdə çətinlik çəkirlər

Bölgələrdə fəaliyyət göstərən bəzi sahibkarlar kredit əldə etməkdə ciddi çətinliklərlə qarşılaşırlar.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisatçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib ki, aparılan təhlillər və eləcə də rəsmi statistikaya əsasən, xüsusilə regionda fəaliyyət göstərən iş adamları üçün kredit əldə etmək asan deyil.

Mərkəzi Bankın məlumatına görə, bankların kredit portfeli 15 milyard 206 milyon manatdır. Bu kreditlərin 11 milyard 890 milyon manatı yalnız Bakı şəhərində təklif olunub.

Millət vəkili qeyd edib ki, bölgələrdə kreditlərin verilişi zamanı yaranan əsas çətinliklərdən biri girov mexanizmi ilə bağlıdır. Çünki banklar bölgələrdə fəaliyyət göstərən sahibkarlardan kredit əldə etmək üçün paytaxtda, ən yaxşı halda isə iri şəhərlərdə girov kimi təqdim etmək üçün əmlak tələb edirlər. Amma sahibkarların çoxunun Bakıda girov kimi əmlak təqdim etmək imkanları olmur.

Vüqar Bayramov əlavə edib ki, yaradılacaq "Azərbaycan Biznesinin İnkişafı Fondu" bu sahədəki problemlərin həll edilməsində böyük rol oynayacaq.