Ağstafada zəncirvari qəza olub FOTO


Digərləri 25 Okt 2021 07:00:00 142 0

Ağstafada zəncirvari qəza olub  FOTO

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Ağstafa-Poylu yolda qeydə alınıb.

Hərəkətdə olan "QAZel" markalı yük maşını "KİA", "VAZ 2107" və traktorla toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

İlkin məlumatına görə, qəzaya səbəb "QAZel"nin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.