Hıçqırıq necə yaranır?


Digərləri 24 Okt 2021 23:35:00 127 0

Hıçqırıq necə yaranır?

Hıçqırığın səbəbləri nələrdir?

Hıçqırıq - diafraqma əzələsinin ani, qeyri -ixtiyari yığılmasıdır. Diafraqma əzələsinin spazmları zamanı səs telləri bağlanaraq hıçqırıq səsi çıxarır. Hıçqırıqların ümumi səbəbləri bunlardır: -çox tez sürətlə yemək, -çox yemək və ya içməklə bərabər havanı udmaq, -diafraqmanı idarə edən sinirləri qıcıqlandıran xəstəliklər, -qarın boşluğu əməliyyatıları, - beyin iflici, -beyin şişləri, -zərərli tüstü ilə nəfəs almaq -müəyyən dərmanların qəbulu. Diafraqmanı idarə edən sinirləri qıcıqlandıran hər hansı bir xəstəlik (qaraciyər xəstəliyi, sətəlcəm və ya digər ağciyər xəstəlikləri) hıçqırıq verə bilər. Qarın cərrahiyyəsi də diafraqmanı idarə edən sinirləri qıcıqlandıraraq hıçqırıqlara səbəb yarada bilər. Beyin toxumasını əhatə edən zədələr və ya beyin şişləri və bəzi xroniki somatik xəstəliklərin (məsələn, böyrək çatışmazlığı) hıçqırıqlara səbəb olduğu bildirilir. Bunlardan başqa ani temperatur dəyişiklikləri,qorxu və ya həyəcan da hıçqırıq yaradır. Dərmanlardan- Diazepam (Valium), alprazolam (Xanax) və lorazepam (Ativan) daxil olmaqla əksər benzodiazepinlər, Levodopa, nikotin və ondansetron (Zofran) hıçqırığa səbəb ola bilər.

Hıçqırıqların əksəriyyətini qısa müddətdə müalicə etmək və ya həll etmək olar, nadir hallarda isə təcili tibbi yardım gərəkə bilər.

Hıçqırıqlar üç saatdan çox davam edərsə,  ya yemək və ya yuxu vərdişlərinizi pozarsa, həkimə müraciət etmək lazımdır.

Ev müalicələri və ya hıçqırıqlardan qurtulmağın yolları bunlardır:

-Nəfəsinizi tutaraq tez bir stəkan su içmək -Dili sərt şəkildə çəkmək -Limon dişləmək -Su ilə qarqara -Qoxulu duzları qoxulamaq.

Qadınlar və kişilər eyni nisbətdə  hıçqırıqlara meyllidirlər, lakin 48 saatdan çox davam edən hıçqırıqlar kişilərdə daha çox görülür. Hıçqırıqlar hələ uşaqlıqda olarkən fetusda ( döldə) da meydana gələ bilər.

Körpələrdə hıçqırığı necə dayandırmaq olar?

Yetkinlərdə olduğu kimi yenidoğulmuşlarda, körpələrdə hıçqırıqlar tez -tez baş verir və ümumiyyətlə,  heç bir narahatlıq yaratmır. Qidalanma zamanı hıçqırıqlar baş verərsə, onun keçməsinə qədər qidalanmanı dayandırmaq lazımdır.  Adətən, körpələrdə hıçqırıq  tez keçir.  Körpənin mövqeyini dəyişdirməyə cəhd edə bilərsiniz; Bəbənizi yırğalamağa çalışın və ya hıçqırığın dayanması üçün üçün sakitləşdirin. Bəzən qidalanmaya yenidən başlamaq hıçqırıqları dayandıra bilir.

Körpənizin hıçqırıqları artarsa və ya onu o narahat edərsə,, pediatrınızla əlaqə saxlayın.

Hıçqırıqların əlamətləri və simptomları hansılardır?   Hıçqırıq səsinə səbəb olan diafraqmanın qəfil, güclü hərəkəti hıçqırığın yeganə simptomudur.

Hansı hallarda həkimə müraciət etməliyəm?

Hıçqırıqlarla əlaqəli olduqda həkimə müraciət səbəbləri : qarın ağrısı, hərarət, təngnəfəslik, qusma, qanlı öskürək və ya boğazda tıxanma hissi.

Tibb mütəxəssisləri hıçqırıqların səbəbini necə müəyyən edir? Hansı həkimlər hıçqırıqları müalicə edirlər?

Bir çoxumuz hıçqırıqın nə olduğunu və onu aylrd edə bilirik. Tibbi şəraitdə hıçqırıq diaqnozu fiziki qiymətləndirməyə əsaslanır. Hıçqırıqlar sağlamlıq vəziyyətinin əlaməti olmadıqda qan testləri və ya rentgen şüaları ümumiyyətlə lazım deyil.Digər hallarda həkimlər lazımi müayinələri istəyə bilər.