Mülki geyimdə vergi nəzarəti həyata keçirilə bilərmi?


Digərləri 10 Okt 2021 21:54:00 185 0

Mülki geyimdə vergi nəzarəti həyata keçirilə bilərmi?

Bəzi hallarda ticarət və ictimai iaşə, eləcə də xidmət obyektlərinə adi geyimdə daxil olmuş şəxs və ya şəxslər vergi orqanından gəldiyini və qanun pozuntusu aşkarladıqlarını bildirirlər.

Son.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, aktual mövzunu şərh edən iqtisadçı İlqar Əsədovun sözlərinə görə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına daxildir. Sözügedən hal operativ vergi nəzarəti tədbirlərinə aiddir. Bu nəzarət tədbirləri çərçivəsində vergi orqanı vergiödəyicilərində qanunvericiliyə riayət edilməsi ilə bağlı bir sıra meyarlar üzrə nəzarət keçirmək funksiyasına malikdirlər: "Məsələn, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkarlanması, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi bu məqsədlərdən biridir".

Nəzarət tədbirlərinin yuxarıda sadalanan məqsədlərlə məhudlaşmadığını söyləyən İ.Əsədov bildirib ki, vergi orqanı nəzarət tədbirləri çərçivəsində əhaliyə çekin verib-verilmədiyini, yəni əslində satışın rəsmiləşdirib-rəsmişləşdirilmədiyini aşkarlamaq üçün adi vətəndaş geyimində təsərrüfat obyektinə daxil olur, mal alır və ona çek təqdim etmədikdə xidməti vəsiqəsini göstərərək əslində vergi orqanı əməkdaşı olduğunu və yoxlamağa gəldiyini deyir. Vergi orqanı əməkdaşlarının bu cür mülki geyimdə nəzarət tədbiri keçirmələri tam şəkildə qanuna uyğundur. Belə ki, bir sıra önəmli məsələlərə nəzarət məxfilik tələb edir, əks halda gözlənilən nəticələri əldə etmək mümkün olmazdı. Bu səbəblə, Vergi Məcəlləsinə əsasən, operativ vergi nəzarəti vergiödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergiödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Lakin operativ vergi nəzarəti vergi orqanı əməkdaşlarının şəxsi istəkləri ilə seçmə yolu ilə təsərrüfat subyektlərinə daxil olmaqla deyil, vergi orqanının konkret vergiödəyicisi barədə qərarı əsasında aparılır. Elə bu səbəblə də operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergiödəyicisinə dərhal təqdim etməlidir".

Qeyd olunub ki, əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulmasına görə vergiödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün... like
  • 10 Okt 21:50  
Digərləri Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün...

Tənəffüs yollarında yad cisimlərinə uşaqlarda və böyüklərdə rast gə

arrow Ətraflı
Təyyarənin göyərtəsində nəyi etmək olmaz? like
  • 10 Okt 21:45  
Digərləri Təyyarənin göyərtəsində nəyi etmək olmaz?

Səyahətlər çox zaman macərasız ötüşmür. Ya oteldə, ya turda, ya da el

arrow Ətraflı
Pandemiyadan əvvəl ABŞ və Çində koronaviruslar hazırlanıb like
  • 08 Okt 09:30  
Digərləri Pandemiyadan əvvəl ABŞ və Çində koronaviruslar hazırlanıb

ABŞ və Çindən olan alimlər COVID-19 pandemiyasından əvvəl də yeni koron

arrow Ətraflı
Xırdalanda ər 22 yaşlı arvadını qətlə yetirdi like
  • 08 Okt 09:25  
Digərləri Xırdalanda ər 22 yaşlı arvadını qətlə yetirdi

Xırdalanda qadın əri tərəfindən qətlə yetirilib.

arrow Ətraflı
Müğənniyə ağır itki like
  • 08 Okt 09:24  
Şou-biznes Müğənniyə ağır itki

90-cı illərin sevilən müğənnisi Eda Özülküyə ağır itki üz verib.

arrow Ətraflı
Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb like
  • 08 Okt 09:23  
Digərləri Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyy

arrow Ətraflı
Tibbi kadr çatışmazlığı: like
  • 08 Okt 09:18  
Dünya Tibbi kadr çatışmazlığı:

Latviya Dövlət Operativ Tibbi Komissiyası koronavirus səbəbiylə respublika

arrow Ətraflı
Xarici valyutaların manata qarşı məzənnələri like
  • 08 Okt 09:12  
Digərləri Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 8 oktyabr tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
Rusiyada saxta spirtli içkidən 14 nəfər ölüb like
  • 08 Okt 09:05  
Dünya Rusiyada saxta spirtli içkidən 14 nəfər ölüb

Rusiyanın Orenburq vilayətində 14 nəfər saxta spirtli içkidən zəhərlən

arrow Ətraflı
BMT İranSəudiyyə Ərəbistanı danışıqlarının davam etdirilməsinə kömək etməyə hazırdır like
  • 08 Okt 09:00  
Dünya BMT İranSəudiyyə Ərəbistanı danışıqlarının davam etdirilməsinə kömək etməyə hazırdır

İran və Səudiyyə Ərəbistanı arasındakı danışıqlar regional sabitlik

arrow Ətraflı
Göy kətəsi dadında asan hazırlanan möhtəşəm ləzzət like
  • 08 Okt 08:55  
Digərləri Göy kətəsi dadında asan hazırlanan möhtəşəm ləzzət

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

arrow Ətraflı
Filippin sahillərində güclü zəlzələ olub like
  • 08 Okt 08:49  
Dünya Filippin sahillərində güclü zəlzələ olub

Filippinin Luson adası sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı