Etibar Pirverdiyevin oğlu “Porsche” ilə “avtoş”luq etdi:


Digərləri 22 Sen 2021 13:03:00 230 0

Etibar Pirverdiyevin oğlu “Porsche” ilə “avtoş”luq etdi:

Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb. 

99-EP-009 dövlət nömrə nişanlı "Porsche" markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.

Son.az xəbər verir ki, avtosfer.az-ın araşdırmasına görə, "Porsche"nin sürücüsü "Azərenerji"nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb.  

"Bakıda sürət həddini aşan sürücü ilə bağlı araşdırma aparılır". 

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

O qeyd edib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma başlanılıb:

"Nəqliyyat vasitəsinin aşkar edilməsi, sürücünün kimliyi ilə bağlı tədbir görülür".