Teledərslərin təkrar yayımına start verilir
Digərləri 21 Sen 2021 17:36:00 120 0
Təhsil Nazirliyi tərəfindən "Dərs vaxtı" proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verilir.
Təhsil Nazirliyindən bildirilib ki, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq. Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək "Dərs vaxtı"nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq.
Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!
Mənbə: milli.az