Zibil muzeyi də açıldı


Digərləri 21 Sen 2021 12:42:00 131 0

Zibil muzeyi də açıldı

Rusiyanın Kalininqrad vilayətində məişət tullantıları muzeyi fəaliyyətə başlayıb.

"Mu-mu-ka" (Музей Мусора Калининграда) adlanan muzeydə zibillikdən toplanan əşyalardan hazırlanmış müxtəlif eksponatlar nümayiş olunur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, köhnə tennis topları və qoparılmış gəlincik başlarından ibarət kreslo, yararsız avtomobildən düzəldilmiş dinozavr, plastik borulardan əmələ gələn samovar bunlardan yalnız bir neçəsidir.

Muzeyin kolleksiyası iki hissəyə ayrılıb. Eksponatlardan bəziləri açıq səma altında, bəzilərisə qapalı məkanda yerləşdirlib.

Bir çox analoji müəssisələrdən fərqli olaraq, burada muzeyin qonaqlarına sərgilənən nümunələrə toxunmağa, onlarla oynamağa, hətta yerlərini dəyişməyə belə icazə verilir.