Tələbələrin gəlişi Bakıda kirayə mənzillərin qiymətini bahalaşdırıb


Digərləri 20 Sen 2021 23:43:00 130 0

Tələbələrin gəlişi Bakıda kirayə mənzillərin qiymətini bahalaşdırıb

Bakıda avqust ayında kirayə mənzillərin qiymətində 0,36 faiz artım baş verib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, kirayə mənzillərin 1 kvadrat metrinin orta qiyməti 8,33 manatdan 8,36 manata yüksəlib. O qeyd edib ki, ay ərzində artım 0,36 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,47 faiz təşkil edib.

Ekspert vurğulayıb ki, ali təhsil müəssisələrində dərslərin açılması da kirayə mənzillərin qiymətinə təsir edib. Hətta tələbələrin bir hissəsi dərslərin bərpa olunması elan olunmazdan əvvəl kirayə mənzillər tutmuşdular.