"Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri üçün yaradılan şərait təqdirəlayiqdir"


Digərləri 15 Sen 2021 15:54:00 60 0

"Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri üçün yaradılan şərait təqdirəlayiqdir"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyada keçirilən "G20 VIII Dinlərarası Forum" zamanı Bolonya arxiyepiskopu kardinal Matteo Zuppi ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə şeyxülislam Allahşükür Paşazadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqın yenilməz iradəsi ilə ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdiyini deyib. QMİ sədri Qarabağ münaqişəsinə son qoyulmasına baxmayaraq, hələ də həmin ərazilərdə düşmən tərəfindən basdırılmış minaların qaldığını qeyd edib, bunun vətəndaşlarımızın doğma dədə-baba torpaqlarına qayıtmalarına maneə yaratdığını bildirib. Şeyxülislam düşmənin həmin ərazilərdəki məscidləri tövləyə çevirdiyini, hətta İslamda haram buyurulan heyvanlar saxladığını, Ermənistanın Qarabağda 30 ilə yaxın davam edən hərbi təcavüz və işğal nəticəsində Azərbaycanın mədəni irsinə çox böyük ziyan vurduğunu deyib. O, Bolonya arxiyepiskopunu vəziyyətlə yerində tanış olmaq məqsədilə Azərbaycana səfərə dəvət edib.

Bolonya arxiyepiskopu kardinal Matteo Zuppi münaqişəyə Azərbaycan tərəfindən son qoyulmasından məmnunluğunu ifadə edib. O deyib: "Birgə yaşamağa yönələn təşəbbüsləri dəstəkləmək hər birimizin səylərindən olmalıdır. Hər birimiz qəddarlığa yol açan təşəbbüslərin qarşısının alınmasına səy göstərməliyik".

M.Zuppi Azərbaycanın mədəni-maddi irsin qorunması ilə bağlı yanaşmasını yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu deyib.

Bolonyanın dünyanın ən qədim universitet şəhərlərindən biri olduğunu bildirən kardinal Matteo Zuppi Bolonya Dövlət Universiteti ilə Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsini təklif edərək, gələcəkdə azərbaycanlı tələbələr üçün təqaüdlərin ayrılmasının mümkünlüyünü qeyd edib. O, həmçinin 2022-ci ildə Bolonya Universitetində dini fənlər fakültəsinin yaradılacağını bildirərək, azərbaycanlı müdavimlərin orada təhsil alacaqlarına ümidvar olduğunu vurğulayıb.

Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe Azərbaycanın işğaldan azad edilən ərazilərdə müxtəlif dinlərə məxsus məbəd və abidələrin bərpasını həyata keçirməsini təqdirəlayiq hal kimi qiymətləndirib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Vatikanda dünya və dini irsinin qorunması ilə bağlı səyləri xüsusi qeyd edib.

2020-ci ildə koronavirusla əlaqədar şeyxülislam başda olmaqla, Azərbaycanın dini konfessiyalarını təmsil edən nümayəndə heyətinin Vatikana səfərinin və Roma Papası I Fransisk ilə görüşünün təxirə salındığını bildirən X.Akaşe yaxın zamanda bu dəvətin yenilənəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə də iştirak edib.

Avropada təbii qazın qiyməti 900 dollara yaxınlaşır like
  • 15 Sen 15:52  
Dünya Avropada təbii qazın qiyməti 900 dollara yaxınlaşır

Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 900 dollar hədd

arrow Ətraflı
Rusiyada koronavirusdan ölənlərin sayı 195 min nəfəri ötüb like
  • 15 Sen 15:48  
Digərləri Rusiyada koronavirusdan ölənlərin sayı 195 min nəfəri ötüb

Rusiyada son sutka ərzində koronavirusdan 792 nəfər vəfat edib.

arrow Ətraflı
Rusiyada azərbaycanlı "qanuni oğru" həbs edildi  VİDEO like
  • 15 Sen 15:42  
Digərləri Rusiyada azərbaycanlı "qanuni oğru" həbs edildi VİDEO

Rusiyanın Mineralnıe Vodı şəhərindəTolik Noqinski ləqəbli azərbaycanl

arrow Ətraflı
Ermənilər Ağdamda çox vəhşiliklər törədib  Xüsusi nümayəndə like
  • 15 Sen 15:38  
Siyasət Ermənilər Ağdamda çox vəhşiliklər törədib Xüsusi nümayəndə

Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silm

arrow Ətraflı
Türkiyə MN Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanladı like
  • 15 Sen 15:36  
Siyasət Türkiyə MN Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanladı

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakı şəhərinin erməni-bolşevik iş

arrow Ətraflı
Keçmiş arvadının ərə getməsi ilə barışmadı like
  • 15 Sen 15:30  
Digərləri Keçmiş arvadının ərə getməsi ilə barışmadı

Keçmiş həyat yoldaşının ərə getməsi səbəbindən ona mütəmadi hədə

arrow Ətraflı
Yeddi yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün səkkiz milyon manat ayrıldı like
  • 15 Sen 15:28  
Siyasət Yeddi yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün səkkiz milyon manat ayrıldı

Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü-Təzə Şilyan-Bərgüşad-Ba

arrow Ətraflı
Koronavirusla bağlı QORXULU PROQNOZ: like
  • 15 Sen 15:24  
Digərləri Koronavirusla bağlı QORXULU PROQNOZ:

"BioNTech" şirkətinin baş direktoru və həmtəsisçisi, əslən t

arrow Ətraflı
Əkiz bacılar lüt FOTOlarını paylaşdılar like
  • 15 Sen 15:18  
Şou-biznes Əkiz bacılar lüt FOTOlarını paylaşdılar

Əkiz bacılar Matilda və Paulina Tantot lüt fotoları ilə internet istifadə

arrow Ətraflı
Sevgilisinə 500 minlik üzük alıb like
  • 15 Sen 15:12  
Şou-biznes Sevgilisinə 500 minlik üzük alıb

Aktrisa Ebru Şahin basketbolçu sevgilisi Cedi Osmandan evlilik təklifi alıb.

arrow Ətraflı
FHNin modul hospitalının baş həkiminin işi məhkəməyə göndərildi like
  • 15 Sen 15:06  
Digərləri FHNin modul hospitalının baş həkiminin işi məhkəməyə göndərildi

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Modul Tipli Hospitalının ba

arrow Ətraflı
Xəzər Süleymanlı ən çox sevdiyi qadından danışdı like
  • 15 Sen 15:00  
Şou-biznes Xəzər Süleymanlı ən çox sevdiyi qadından danışdı

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq"

arrow Ətraflı
Hazırki dalğa sönməyə doğru gedir, lakin... like
  • 15 Sen 14:54  
Digərləri Hazırki dalğa sönməyə doğru gedir, lakin...

Azərbaycanda koronavirusun hazırki dalğası sönməyə doğru gedir, lakin v

arrow Ətraflı
Göyçayda evdən çıxan koronavirus xəstəsi saxlanıldı like
  • 15 Sen 14:48  
Digərləri Göyçayda evdən çıxan koronavirus xəstəsi saxlanıldı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müv

arrow Ətraflı
Tahir Kərimli intim videolardan danışdı: like
  • 15 Sen 14:42  
Digərləri Tahir Kərimli intim videolardan danışdı:

İnsanların şəxsi həyatına aid görüntülərin, intim videoların yayılma

arrow Ətraflı