Hazırki dalğa sönməyə doğru gedir, lakin...


Digərləri 15 Sen 2021 14:54:00 112 0

Hazırki dalğa sönməyə doğru gedir, lakin...

Azərbaycanda koronavirusun hazırki dalğası sönməyə doğru gedir, lakin vəziyyət dəyişə bilər.

Son.az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, koronavirus dalğasının sönməsini yoluxma sayınını azlaması, xəstəlikdən sağalanaların sayının yeni yoluxanların sayını üstələməsi və xəstəliyi aşkar emək üçün istifadə olunan spesifik test nümunələrində pozitiv nəticələrin səviyyəsinin azalması əsasında söyləmək olar:

"Bunları nəzərə alaraq hazırki dalğanın sönməyə doğru getdiyini söyləmək olar, lakin vəziyyət əlavə faktorların (insan sıxlığının, təmasların artması, havanın soyuması ilə bağlı qapalı məkanlarda insanların daha çox toplanması və s.) təsirindən dəyişə bilər".