Yod çatışmazlığına qarşı mübarizədə dəniz duzundan istifadə etmək faydalıdır


Digərləri 30 İyl 2021 22:30:00 82 0

Yod çatışmazlığına qarşı mübarizədə dəniz duzundan istifadə etmək faydalıdır

Zob xəstəliklərinin əsas səbəbi orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Qalxanvari vəz boyunun ön hissəsində, nəfəs borusunun önündə yerləşən, təxminən 20-30 qram ağırlığında endokrin sistemin ən əhəmiyyətli vəzlərindən biridir. O maddələr mübadiləsini, ürək-damar sistemini, boy artımını və orqanizmin inkişaf prosesini tənzimləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-endokrinoloq Lamiyə Həbibbəyli deyib: "Xəstəliyin ilkin əlamətləri pilləkən çıxanda və qab yuyanda əllərdə yorulma hissinin baş verməsidir. Ürək döyünmələri çox olur, hətta 100-120-yə qədər yüksəlir, yaşlılarda həmin əlamətlər özünü çox aydın şəkildə büruzə verməyə də bilər. Adətən yüngül aritmiya və ya ürək döyüntüləri artması və yüngül arıqlamaya meyillilik qalxanvari vəzdə problem olduğunu araşdırmaq üçün əsas verir".

Həmin əlamətləri özündə hiss edənlər, ilk növbədə, endokrinoloqa müraciət etməli, TTH və T4 analizləri verməli və ultrasəs müayinəsindən keçməlidirlər: "Əgər qalxanvari vəzin funksiyası artıbsa, onu azaldan dərmanlar, azalıbsa, yəni tənbəl zobdursa, əvəzedici hormon terapiyası təyin olunur. Bu, xüsusilə hamilələr üçün çox vacibdir. Qalxanabənzər vəzdə düyünü olan xəstənin mütləq cərraha üz tutması fikri doğru deyil. Əgər xoşxassəli düyündürsə, ildə bir dəfə ultrasəs müayinəsi vasitəsilə ona nəzarət edilməlidir".

Yodun səviyyəsini yoxlamaq üçün axşam yatmazdan əvvəl bədənin müxtəlif nahiyələrinə pambıqla yod yaxılır. Səhər oyananda həmin xətlər solubsa, deməli, bədəndə yod çatışmazlığı var. Həkim-endokrinoloqun dediyinə görə, belə xəstəliyi olanlar xüsusilə yeməklərdə yodlaşdırılmış duz qəbul etməlidirlər: "Son vaxtlar daha çox qaya duzundan istifadə edirlər. Qaya duzu mikroelementlərlə zəngindir, lakin yodlu deyil. Həm də qaya duzunun keyfiyyəti də əhəmiyyətli məsələdir, çünki onun tərkibində hansısa bir radioaktiv maddə və ya ağır metal duzun olması mənfi problemlərə səbəb olar. Dəniz duzundan istifadə etmək daha məsləhətlidir".

Yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara - sarımsaq, qarağat, feyxoa, qoz, kartof, kök, çuğundur və s. üstünlük verilməldir. Həkimlər yağlı xörəkləri də qida rasionundan çıxarmağı məsləhət görürlər.

Xəstəliklərin əsas səbəbi passiv həyat tərzi, hərəkətsizlik, düzgün olmayan qidalanma, stres və pis vərdişlərdir. Ona görə də təbiət qoynunda çox vaxt keçirmək, gəzintiyə çıxmaq, sağlamlığa vaxt ayırmaq lazımdır.

Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü like
  • 30 İyl 22:25  
Dünya Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 622 yoluxma halı qey

arrow Ətraflı
Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər like
  • 30 İyl 22:20  
Digərləri Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər

Protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əla

arrow Ətraflı
Türkiyədə bir evə hücum olub, 7 nəfər qətlə yetirilib like
  • 30 İyl 21:54  
Dünya Türkiyədə bir evə hücum olub, 7 nəfər qətlə yetirilib

Türkiyənin Konya şəhərində bir ailəyə silahlı hücum olub və 7 nəfər

arrow Ətraflı
Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib like
  • 30 İyl 21:40  
Digərləri Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və al

arrow Ətraflı
Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır  Ərdoğan like
  • 30 İyl 21:35  
Dünya Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır Ərdoğan

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin müxtəlif əyalətlərində me

arrow Ətraflı