Mədə qıcqırması: SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏR


Digərləri 30 İyl 2021 22:35:00 111 0

Mədə qıcqırması: SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏR

Adətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır.

Yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır. Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır.

Son.az bildirir ki, mədə qıcqırması daha çox qidalanmanın pozulması, xüsusən də quru qidaların ayaqüstü yeyilməsi, qəhvə və tünd çaydan həddən artıq istifadə nəticəsində əmələ gəlir. Bir sıra hallarda qarındaxili təzyiqin artması da eyni klinik mənzərə yaradır. Daha çox hamiləlik, kəmərin çox sıx bağlanması və ağır əşyaların mütəmadi qaldırılması zamanı belə hallar baş verir. Mədə qıcqırması diafraqma yırtığı zamanı da aparıcı əlamətlərdən biri olur.

Qıcqırma təkcə döş sümüyü arxasında əmələ gələn və xəstəni narahat edən xoşagəlməz hiss deyil. Həzm şirələrinin daimi olaraq qida borusuna düşməsi onun aşağı hissəsində eroziya, xora, ağır hallarda isə hətta qida borusu xərçənginin inkişafına səbəb olur.

Bundan başqa mədə möhtəviyyatı qida borusunun yuxarı şöbələrinə və qırtlağa qədər atıldıqda xəstədə öskürək, hətta səs tutulması əmələ gəlir.

İlk yardım

Mədə qıcqırmasını qısa zamanda aradan qaldırmaq üçün bir çox vaxt suda həll edilmiş çay sodasından istifadə edirlər. Doğrudur, çay sodası mədə şirəsində olan xlorid turşusunu neytrallaşdırır, lakin reaksiya nəticəsində əmələ gələn karbon qazı mədə divarlarının dartılıb gərilməsinə və ağrıya səbəb olur, mədə xorası olan xəstələrdə isə mədə qanaxması törədə bilər. Həm də çay sodası qəbul ediləndən 30-40 dəqiqə sonra mədə şirəsinin ifrazını artırır və qıcqırma əlamətləri getdikcə artır. Ona görə də mədə turşuluğunu neytrallaşdırmaq üçün çay sodasından istifadə etmək lazım deyil. Xalq təbabəti daha effektli və zərərsiz üsullar təklif edir.

Kartof şirəsi

- 1 ədəd çiy kartofun şirəsi çəkilir və səhər acqarına qəbul edilir.

- 1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarım saat əvvəl qəbul edilir.

Toxum qarışığı

Bərabər miqdarda razyana, bostan şüyüdü və cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.

Süddə kətan dəmləməsi

1 çay qaşığı kətan yoxumları 1 stəkan qaynar südə əlavə olunur, ağzı bağlanaraq yarım saat dəmlənir. Dəmləndikdən sonra qarışdırılır və süzülərək gündə 1-2 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.

Fitooil Zəyərək (kətan) yağı

Hər səhər acqarına 1 -2 xörək qaşığı Fitooil Zəyərək yağı qəbul edilir.

Kərəviz kökü

Təzə kərəviz kökünün şirəsi sıxılır və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1-2 xörək qaşığı içilir. 2 çay qaşığı qurudulmuş kərəviz kökləri xırdalanır, 1 stəkan qaynar suda dəmlənir və gündə 2-3 dəfə yarım stəkan qəbul olunur.

Tabaşır və ya kömür

1 çay qaşığı üyüdülmüş kəcəvər kökləri 4 çay qaşığı tabaşir tozu ilə qarışdırılır. Kəcəvər kökünün əvəzinə zəncəfil kökü, tabaşırın yerinə isə aktivləşdirilmiş kömürdən də istifadə etmək olar. Qarışıqdan 1 çay qaşığı 1/3 stəkan suda həll edilir və gündə 3 dəfə qəbul edilir. Təzə kəcəvər köklərinin çeynənilməsi də qıcqırmanı azaldır.

Turşuluğa qarşı turşu

Yod çatışmazlığına qarşı mübarizədə dəniz duzundan istifadə etmək faydalıdır like
  • 30 İyl 22:30  
Digərləri Yod çatışmazlığına qarşı mübarizədə dəniz duzundan istifadə etmək faydalıdır

Zob xəstəliklərinin əsas səbəbi orqanizmdə yod çatışmazlığı nətic

arrow Ətraflı
Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü like
  • 30 İyl 22:25  
Dünya Britaniyada koronavirusa yoluxanların sayı 5,83 milyonu ötdü

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 622 yoluxma halı qey

arrow Ətraflı
Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər like
  • 30 İyl 22:20  
Digərləri Protein qəbulu müəyyən olunmuş miqdarı aşanda qida zəhərlənmələri kimi təhlükə yarada bilər

Protein əzələ kütləsinin inkişafı və böyüməsi üçün vacib qida əla

arrow Ətraflı
Türkiyədə bir evə hücum olub, 7 nəfər qətlə yetirilib like
  • 30 İyl 21:54  
Dünya Türkiyədə bir evə hücum olub, 7 nəfər qətlə yetirilib

Türkiyənin Konya şəhərində bir ailəyə silahlı hücum olub və 7 nəfər

arrow Ətraflı
Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib like
  • 30 İyl 21:40  
Digərləri Azərbaycanın 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və al

arrow Ətraflı
Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır  Ərdoğan like
  • 30 İyl 21:35  
Dünya Daxili İşlər Nazirliyi meşə yanğınlarının eyni vaxtda başlamasının səbəbini araşdırır Ərdoğan

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin müxtəlif əyalətlərində me

arrow Ətraflı