İyunda güzəştli şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb


Digərləri 30 İyl 2021 18:12:00 146 0

İyunda güzəştli şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

2021-ci ilin iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı 127 min nəfərdən çox olub.

Bu barədə Son.az-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Məlumata görə, onlardan 97 min nəfərdən çoxu yaşa görə, 16,5 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çoxu ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.