"Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır Yaqut Qarayeva


Digərləri 30 İyl 2021 17:54:00 126 0

"Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır  Yaqut Qarayeva

Təəssüf ki, son illərdə "Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, bu əhali arasında böyük narahatlıq doğurur:

"İnfeksiyaya nəzarət proqramları içərisində çox böyük sahə tutan qanla yoluxan xəstəliklərin profilaktikasıdır. Orada əsas məqsəd məhz bu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsidir".