İdarəetmədən çıxan maşın kafeyə girdi: 1 ölü, 6 yaralı


Digərləri 30 İyl 2021 10:40:00 169 0

İdarəetmədən çıxan maşın kafeyə girdi: 1 ölü, 6 yaralı

Fransanın paytaxtı Parisdə idarəetmədən çıxan avtomobil kafenin ərazisinə girib.

Son.az APA-ya istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə Parisin 17 -ci məhəlləsindəki Sofrois küçəsində baş verib. Sürücünün maşını qəza yerində qoyaraq qaçdığı bildirilib.

Yaralılardan biri, avtomobildə olan sərnişin reanimasiyaya yerləşdirilib.