İsrail təkrar vaksinasiyanı təsdiq edən ilk dövlətdir


Digərləri 30 İyl 2021 09:22:00 107 0

İsrail təkrar vaksinasiyanı təsdiq edən ilk dövlətdir

İsrailin Səhiyyə Nazirliyi vətəndaşların təkrar vaksinasiyası haqqında qərar qəbul edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Тimes of Israel" məlumat yayıb.

Bildirilib ki, qərara əsasən, yaşı 60-dan yuxarı olan şəxslərə koronavirusa qarşı "Pfizer" peyvəndinin üçüncü dozası vurulacaq.

Üçüncü dozanın vurulması üçün ikincinin qəbulundan beş ay ötməsi şərtdir.

Qərarın icrasına avqustun 1-dən etibarən başlanacaq.

Qeyd edək ki, İsrail vətəndaşlarına peyvəndin üçüncü dozasının vurulması barədə rəsmi qərar qəbul edən ilk dövlətdir.