Özbəkistan və Azərbaycan beynəlxalq avtomobil daşımaları sahəsində yeni hökumətlərarası sazişin layihəsini hazırlayır


Digərləri 30 İyl 2021 08:20:00 128 0

Özbəkistan və Azərbaycan beynəlxalq avtomobil daşımaları sahəsində yeni hökumətlərarası sazişin layihəsini hazırlayır

Özbəkistan və Azərbaycan beynəlxalq avtomobil daşımaları sahəsində yeni hökumətlərarası sazişin layihəsini hazırlayır.

Son.az bildirir ki, bunu Trend-ə Özbəkistan Nəqliyyat Nazirliyinin Nəqliyyat dəhlizləri, logistika və tranzitin inkişafı idarəsinin rəisi Bekzod Xolmatov deyib.

O bildirib ki, iki ölkə arasındakı əvvəlki sazişin müddəti bitib və bununla əlaqədar olaraq yeni sazişin layihəsi hazırlanır. Bu sazişdə daşıyıcıların yol rüsumlarından azad edlməsi nəzərdə tutulub. Nazirlik rəsmisi qeyd edib ki, saziş hazırda Azərbaycan tərəfindən nəzərdən keçirilir

Onun sözlərinə görə, statistikaya əsasən, 2020-ci ildə pandemiyaya baxmayaraq Özbəkistanla Azərbaycan arasında yük daşımalarının həcmi 6 faiz artıb. Amma bu ilin ilk altı ayı ərzində azalma tendensiyası müşahidə olunub: "Bu dəyişiklin səbəblərindən biri Azərbaycan ərazisi ilə hərəkət etmək hüququ verən yeni beynəlxalq avtomobil daşımaları üzrə saziş layihəsinin müzakirələri davam edir".

B.Xolmatov, həmçinin bildirib ki, Özbəkisanla Azərbaycan arasında dəmir yolu ilə yük daşımaları Dəmir Yolları Əməkdaşlq Təşkilatı çərçivəsind həyata keçirilir. 2020-ci ildə ölkələr arasında dəmiryol yük daşımaları 30 faiz artıb. Azərbaycan yüklərinin Özbəkistan ərazisi ilə tranziti iki dəfəyə yaxın artıb.

B.Xolmatovun sözlərinə görə, bundan başqa, TRACECA layihəsi çərçivəsində Özbəkistanla Azərbaycan arasında daşımaları təkmilləşdirməyə imkan verən sənədlər paketi hazırlanır: