"İnci"nin sahibi cərimələndi Qeydiyyatsız toya görə


Digərləri 23 İyl 2021 20:25:00 259 0

"İnci"nin sahibi cərimələndi  Qeydiyyatsız toya görə

22 iyul 2021-ci il tarixdə Ağdaş rayonu, Heydər Əliyev prospektində fəaliyyət göstərən "İnci" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Bu barədə Son.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Məlumata görə, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan ("icaze.e-gov.az") rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.