İstefalar Ermənistan Müdafiə Nazirliyinə də gəlib çatdı qalmaqallı təfərrüat


Digərləri 23 İyl 2021 14:58:00 132 0

İstefalar Ermənistan Müdafiə Nazirliyinə də gəlib çatdı  qalmaqallı təfərrüat

Arşak Karapetyanın Ermənistan müdafiə nazirinin birinci müavini təyin edilməsi ilə bu nazirlikdə istefa dalğası start götürüb.

Erməni mediası xəbər verir ki, Karapetyanın bəzi şöbə müdirləri ilə münasibətləri elə əvvəlcədən gərgin idi. Hətta gərginlik söyüş və şəxsi təhqirlərə qədər gedib çıxmışdı. İstefaya göndərilən müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutunyanı əvəz edən Karapetyanın problemlər yaşadığı şəxslər indi onlara qapını göstərməmiş istefaya getmək qərarına gəliblər. Artıq nazirliyin əsaslı tikinti şöbəsinin müdiri, kadr və hərbi-təhsil siyasəti baş idarəsinin rəisi, hüquq şöbəsinin müdiri və tabe olan bir sıra strukturların rəhbərləri istefa ərizələri yazıblar.

Kamran Seyidov Son.az