Daha bir yeni doğulmuş körpə küçəyə atıldı FOTO


Digərləri 22 İyl 2021 14:52:00 118 0

Daha bir yeni doğulmuş körpə küçəyə atıldı  FOTO

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: "Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə".

Qeyd edək ki, daha öncə Sumqayıt və Ucarda körpələr küçəyə atılmışdı.