"Koronavirus təzyiqi yüksəldir, gecələr qəribə ağrılar olur" Yoluxmuş ailədən etiraflar


Digərləri 30 Okt 2020 23:05:00 161 0

"Koronavirus təzyiqi yüksəldir, gecələr qəribə ağrılar olur"  Yoluxmuş ailədən etiraflar

Koronavirusa yoluxmuş ər-arvad mətbuatda, saytlarda bu vaxta kimi koronavirusun əlamətləri barədə oxuduqlarının tam əksini yaşadığını bildirib.

"Çoxları yazır, deyir ki, koronavirus qrip kimidir, boğaz ağrıyır, qızdırma olur, öskürək başlayır. Amma biz bunların heç birini görmədik".

Son.az xəbər verir ki, rusiyalı psixoloq Sergey Lanq ailəlikcə koronavirusu keçirib.

"Bizdə hər şey baş ağrısı, təzyiqlə başladı. Təzyiqimiz yüksəlirdi. Baş ağrısını heç bir dərman kəsmirdi. Hərarət bir gün 36,5 olurdu, sabahı 37,5. Gün ərzində təzyiq və hərarət 4-5 dəfə dəyişirdi.

Yuxusuz gecələr keçirdik, gecələr qəribə panika hissi olurdu. Bədən, sümük və oynaqlar ağrıdan burulurdu. Küt sancılar olurdu.