İki əfsanə yenidən bir arada İDDİA


Digərləri 30 Okt 2020 21:54:00 161 0

İki əfsanə yenidən bir arada  İDDİA

Əfsanəvi serial "Kurtlar Vadisi"nin iki qəhrəmanı Polat Alemdar və Süleyman Çakırı canlandıran Necati Şaşmaz və Oktay Kaynarcanın "Eşkıya Dünyaya Hökmdar Olmaz" serialında yenidən bir araya gələcəyi iddia edilir.

Son.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Belə ki, "Kurtlar Vadisi"ndə Polat Alemdar rolunda rol alan Necati Şaşmazın "Eşkıya Dünyaya Hökmdar Olmaz" serialına çəkiləcəyi iddiası yayılıb.

İddiaya görə, N.Şaşmaz P.Alemdar obrazı ilə seriala qatılacaq və bir müddət serialda qalacaq.

O, gizli dövlət xadimi olaraq Hızır Çakırbeyli və ailəsi ilə birlikdə masaya oturacaq.