Sətəlcəm zamanı daha tez sağalmağa kömək edən adi ərzaqlar


Digərləri 30 Okt 2020 22:15:00 195 0

Sətəlcəm zamanı daha tez sağalmağa kömək edən adi ərzaqlar

Medikamentoz müalicədən başqa digər müəyyən ərzaq məhsulları da sətəlcəm olan insanların daha tez sağalmasına kömək edə bilər.

Sətəlcəm, ağciyər iltihabının təhlükəli həddə çatmasına səbəb olur. Bundan əlavə, bu xəstəlik kəskin respirator distressiya-sindromunun inkişafını sürətləndirir ki, bu da nəticədə COVID-19-un süni tənəffüs tələb edən ciddi forması kimi yaşlı və zəifləmiş insanlar arasında ölüm riskini artırır.

Anlamaq vacibdir ki, ev şəraitində heç bir özbaşına müalicə və hətta dünyanın ən faydalı ərzaq məhsulları sətəlcəmi müalicə edə bilmir. Onun müalicəsi üçün xüsusi müalicə strategiyası və müvafiq dərmanlar tələb olunur. Bununla belə, müəyyən qidaların rasiona daxil edilməsi, ilkin ağır mərhələdən sonra bərpa prosesinin sürətlənməsinə kömək edə bilər.

Son.az AZƏRTAC-a istinadən sətəlcəm zamanı hansı adi ərzaq məhsullarının daha tez sağalmağa kömək etməyindən bəhs edir.

Bütöv buğda. B qrupunun vitaminləri ilə və karbohidratlarla zəngin olan kinoa, qəhvəyi düyü, yulaf, arpa orqanizmin bərpa olunmasına kömək edir. Bundan əlavə, orqanizmi enerji ilə təmin edən bu məhsulların tərkibindəki selenyum immun sistemini gücləndirir.

Zülalla zəngin olan qidalar. Pnevmoniyadan əziyyət çəkən insanlar iltihab əleyhinə xüsusiyyətlərə malik olan və zədələnmiş ağciyər toxumalarının bərpasına kömək edə biləcək qidalar: qoz, fındıq, tum, paxla, ağ ət, balıq yeməlidirlər.