Alimlər ultrabənövşəyi şüaların COVID19u 99.9 faiz deaktiv etdiyini açıqlayıblar


Digərləri 05 Avq 2020 23:37:00 75 0

Alimlər ultrabənövşəyi şüaların COVID19u 99.9 faiz deaktiv etdiyini açıqlayıblar

İtaliyanın Milan Universitetinin professoru Mario Kleriçi günəş şüalarının COVID-19 virusunu 99.9 faiz deaktiv etməsi barədə açıqlama verib. Onun bu açıqlamasına İtaliya Astrofizika İnstitutunun tədqiqatçıları da dəstəkləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin apardıqları araşdırmalarda günəş altında və açıq havada olmaq koronavirusla mübarizədə effektiv vasitələrdən biridir. Alimlər Milan Universitetinin fiziopatologiya və cərrahi transplantasiya şöbələrində birgə fəaliyyət zamanı məhz günəşin yaydığı ultrabənovşəyi şüaların insan orqanizmində koronavirusla ilə mübarizəsini tədqiq ediblər.

İlk olaraq bu qənaətə məhz Milan Universitetinin baş immunoloqu Mario Kleriçi gəlib. O, tədqiqatlarında bu məsələni geniş izah edib və vurğulayıb ki, özü də bundan təəccüblənib.

Aparılan tədqiqatlarda COVID-19 virusu yoluxdurulmuş su zərrəciklərinin (bu zərrəciklər xəstə insanların tüpürcəyindən götürülüb) C tipli ultrabənövşəyi lampa altında saxlanması zamanı onların 99.9 faiz zərərsizləşdirdiyi müşahidə olunub. Təbii ki, belə üsulla insanı müalicə etmək hələlik mümkün deyil, lakin məhz bu lampalarla bağlı məkanları və hovuzları dezinfeksiya etmək olar.

Bəs onda Hindistan və Banqladeş kimi isti və günəşi bol olan ölkələrdə niyə bu virus yayılmaqdadır sualına, Mario Kleriçi belə izah verib ki, orada mütəmadi yağan yağışlar günəş şüalarını bloklayır və bununla da dezinfeksiyaya mane olur.

Koronavirus epidemiyasının ikinci dalğası olacaqmı sualına isə alim belə cavab verib: "Bəli, lakin o daha zəif formada təzahür edəcək. Çünki aktiv yay günləri, dəniz və bol təmiz havadan sonra koronavirus daha az təsir edəcək. Belə ki, bütün viruslar insan orqanizminə adaptasiya olunmaq xüsusiyyətinə malikdirlər. Mənim bu fikrimlə dünyada bir çox virusoloq və epidemioloq alimlər da razılaşıblar".

Madriddə Bonapartın gizli tunelini ziyarətçilərə açmaq niyyətindədirlər like
  • 05 Avq 23:28  
Digərləri Madriddə Bonapartın gizli tunelini ziyarətçilərə açmaq niyyətindədirlər

Madrid meri Xose Luis Martines-Almeyda Bonapart tunelinin bərpası və açılı

arrow Ətraflı
Gənc heykəltəraşdan şəhidlərimizin xatirəsinə böyük ehtiram  VİDEO  FOTO like
  • 05 Avq 23:11  
Digərləri Gənc heykəltəraşdan şəhidlərimizin xatirəsinə böyük ehtiram VİDEO FOTO

Beyləqandan olan gənc heykəltəraş Təbriz Soltanlı şəhid polkovnik İlqa

arrow Ətraflı
Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir  VİDEO like
  • 05 Avq 22:53  
Digərləri Milli Məclisin qarşısında törədilən təxribatla bağlı cinayət işi davam edir VİDEO

Milli Məclisin qarşısında törədilən təxribatla bağlı başlanmış cina

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb like
  • 05 Avq 22:43  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 29

arrow Ətraflı
Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib like
  • 05 Avq 22:35  
Dünya Beyrut limanında baş verən partlayış taxıl ehtiyatının 85 faizini məhv edib

Beyrut limanında baş verən partlayış buğda dolu anbarları dağıdaraq Liv

arrow Ətraflı
Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb like
  • 05 Avq 22:28  
Dünya Türkiyədə koronavirusdan sağalanların sayı 219 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COV

arrow Ətraflı
Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib like
  • 05 Avq 22:24  
Dünya Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

ABŞ Prezidenti Donald Trampın seçki qərargahı noyabr ayında keçiriləcək

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 05 Avq 22:20  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı