ARDNF valyuta satışını kəskin artırıb


İqtisadiyyat 01 İyl 2020 13:02:02 610 0

ARDNF valyuta satışını kəskin artırıb

ARDNF valyuta satışını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 4 mlrd 10,2 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,7% çoxdur.

Təkcə iyun ayında isə ARDNF-in valyuta satışının məbləği 373,2 milyon ABŞ dollarıtəşkil edib. Bu isə ötən ilin iyun ayına nisbətən 18% çoxdur.

Qeyd edək ki, 2019-cu ilin altı ayı ərzində Fond tərəfindən 2 mlrd 643,6 mln ABŞ dolları məbləğində satış həyata keçirilib.