“Tesla”nın səhmləri ilkin tədavüldən bəri 60 dəfə bahalaşıb


İqtisadiyyat 01 İyl 2020 17:35:40 1103 0

“Tesla”nın səhmləri ilkin tədavüldən bəri 60 dəfə bahalaşıb

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin səhmlərinin qiyməti ilkin kütləvi tədavülə (IPO) çıxarıldığı 2010-cu ildən bəri 59,4 dəfə artaraq 1 009 ABŞ dollarına çatıb

ABŞ-ın elektromobilistehsalçısı “Tesla” şirkətinin səhmlərinin qiyməti ilkin kütləvi tədavülə (IPO)çıxarıldığı 2010-cu ildən bəri 59,4 dəfə artaraq 1 009 ABŞdollarına çatıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hazırda“Tesla” dünyanın ən bahalı avtomobil istehsalçısıdır. Koronavirus pandemiyasının qlobal iqtisadiyyatda yaratdığı böhrana baxmayaraq, təkcə bu ilşirkətin səhmləri 140% bahalaşıb.