“Volvo” tarixinin ən böyük geri çağırma əməliyyatına başlayıb


İqtisadiyyat 01 İyl 2020 16:57:22 1136 0

“Volvo” tarixinin ən böyük geri çağırma əməliyyatına başlayıb

İsveçin avtomobil istehsalçısı “Volvo” şirkəti ön təhlükəsizlik kəmərlərində yaranan problemlərə görə 2,1 milyon nəqliyyat vasitəsini geri çağırır

İsveçin avtomobil istehsalçısı “Volvo” şirkəti ön təhlükəsizlik kəmərlərində yaranan problemlərə görə 2,1 milyon nəqliyyat vasitəsini geri çağırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin sözçüsü Stefan Elfstrom yazılı açıqlamasında bildirib.

Xüsusilə 2006-2019-cu illər arasında istehsal olunmuş nəqliyyat vasitələrində belə bir problemin olduğunu vurğulayan Elfstrom deyib: “Bu günə qədər dünya miqyasında ən böyük geri çağırma əməliyyatını gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçün keçirdik. Avtomobil sahiblərinə məktub göndərərək vəziyyəti bildirəcəyik”.