"Nobel Oil Services" şirkəti Qazaxstanda qazma işlərinə başlayıb


Digərləri 03 Fev 2020 17:27:09 649 0

"Nobel Oil Services" şirkəti Qazaxstanda qazma işlərinə başlayıb

"Nobel Oil Services" şirkəti, Qazaxstan Respublikasında qazma işlərinə aid ilk müqaviləni Evrika Oleum şirkəti ilə bağlayıb.

Kontrakt çərçivəsində Nobel Oil Services, Evrika Oleum şirkətinin neft yataqlarının birində quyuların qazılması layihəsi üzrə idarəetmə xidmətlərini göstərəcək. Kontrakt 3.100 metr dərinliyə qədər maili neft quyusunun qazılmasına nəzarət xidmətlərini nəzərdə tutur.  

“Evrika Oleum şirkəti ilə bağlanan konktrakt, ölkədə ehtiyac duyulan bilik, bacarıq və səriştəni təmin etmək baxımından gözəl fürsətdir. Nobel Oil Services, Xəzər regionunda neft-qaz sənayesinə kompleks xidmətlərin göstərilməsi istiqamətində özünü artıq təsdiq etmiş bir şirkətdir. Qazaxstan Respublikasında kontraktın əldə edilməsi, şirkəti beynəlxalq səviyyəli müəssisəyə çevirmək məqsədi ilə Qrupun yürütdüyü strategiyanın tərkib hissəsidir”, - deyə Nobel Oil Services şirkətinin Qazma işləri üzrə Baş Direktoru Samir Mollayev qeyd etmişdir.

“Bu həm də Qrupun Qazaxstanda qazma işləri layihələrinin idarə edilməsi istiqamətində atılmış ilk addımlardan biridir və şirkət, öz portfelini genişləndirmək üçün tələb olunan bütün bilik və təcrübəyə malikdir”, o özlərinə əlavə etmişdir.

Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.