Rusiya koronavirusa görə daha bir ölkəyə səfərləri məhdudlaşdırdı
Digərləri 03 Fev 2020 17:10:52 254 0
Rusiya fevralın 3-dən etibarən Şimali Koreyaya sərnişin qatarlarının hərəkətini dayandırıb
Bakı.
Rusiya fevralın 3-dən etibarən Şimali Koreyaya sərnişin qatarlarının hərəkətini dayandırıb.
Trend-in məlumatına görə, iki ölkə arasındakı Xasan-Tumanqan sərhəd keçid məntəqəsindən qatarların buraxılması qeyri-müəyyən müddətə dayandırılıb.
Qərarın koronavirusun yayılması ilə əlaqədar atıldığı qeyd edilir.
Mənbə: az.trend.az