Azərbaycanda Orqanik Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb


Digərləri 31 Okt 2019 15:03:00 457 0

Azərbaycanda Orqanik Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

Bakıda Orqanik Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, assosiasiya sədri Emin Əliyev bildirib ki, qurumun yaradılması üçün 2019-cu ilin ortalarında müraciət edilib.

Assosiasiyanın yaradılmasında məqsəd ölkədə orqanik məhsul istehsalçıları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsidir:

"Sertifikasiya olmadan dünya kənd təsərrüfatı bazarına çıxış mümkün deyil. Lazımi sertifikatları və "orqanik" markasını aldıqdan sonra dünya bazarına çıxışı təmin etmək olar".