Səhiyyə Nazirliyindən avtomobillə vurulan Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı
Digərləri 30 Okt 2019 12:11:00 367 0
Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən KTM-ə gətirilib.
Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.
Son.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb:
"Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".
Mənbə: milli.az