Kollegiya sədri: Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib


Digərləri 04 Okt 2019 11:23:00 423 0

Kollegiya sədri: Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib

Aztəminatlı şəxslərlə əlaqədar 25 min iş üzrə hüquqi yardım tamamilə pulsuz həyata keçirilib

Bakı. Samir Əli - Elektron məhkəmə sistemindən istifadə üçün vəkillərə elektron imza verilib. Trend-i məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov təmsil etdiyi qurum və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. A.Bağırov deyib ki, 2018-ci ildə aztəminatlı şəxslərlə əlaqədar 25 min iş üzrə hüquqi yardım tamamilə pulsuz həyata keçirilib: “Prezident İlham Əliyevin 2018-ci 22 fevral tarixli sərəncamı inqilabi xarakterlidir. Hazırda Gəncə, Şəki, Lənkəran və Şirvan şəhərlərində regional vəkillik bürolarının istifadəyə verilməsi istiqamətində iş gedir, Vəkillər Kollegiyasının inzibati binası təmir edilir”.