Vəkil olmaq istəyənlər üçün test imtahanı keçiriləcək
Digərləri 05 Sen 2019 10:40:00 434 0
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək
Bakı. İlhamə İsabalayeva -
Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən Trend-ə verilən məlumata görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 241 nəfər qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər:
Mənbə: az.trend.az