“Zenith Energy” Azərbaycanda quruda neft hasilatını sutkada min barelədək artırmağı planlaşdırır


Digərləri 19 Avq 2019 20:56:00 426 0

“Zenith Energy” Azərbaycanda quruda neft hasilatını sutkada min barelədək artırmağı planlaşdırır

Azərbaycanın qurudakı “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun operatoru olan Kanadanın “Zenith Energy” şirkəti 2019-cu ilin sonunadək neft hasilatını sutkada 1 000 barelədək artırmaq niyyətindədir

Bakı. Ləman Zeynalova - Azərbaycanın qurudakı “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun operatoru olan Kanadanın “Zenith Energy” şirkəti 2019-cu ilin sonunadək neft hasilatını sutkada 1 000 barelədək artırmaq niyyətindədir. Trend-in məlumatına görə, bunu şirkətin baş direktoru Andrea Kattaneo deyib. O bildirib ki, hasilat 700 barel artsa və ilin sonunadək sutkada 1 000 barelə çatsa, bu, böyük mənfəət gətirəcək: “İstehsalın artması böyük xərclər tələb etməyəcək”. “Cəfərli” yatağındakı S-37 quyusunda aparılan işlərdən danışan A.Kattaneo deyib ki, bu işlər quyunun dərinləşdirilməsi ilə yanaşı, S-22 quyusundakı hasilat həcminə (sutkada 700 barel və daha çox) çatmağa imkan verəcək: