Gədəbəy RİH-də xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıldı (FOTO)


Digərləri 15 Fev 2019 12:00:00 458 0

Gədəbəy RİH-də xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıldı (FOTO)

Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy RİH tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb.

Bakı. Samir Əli - Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Trend-in məlumatına görə, Prezident İlham Əliyevin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” kimi mötəbər tapşırığı vətəndaşların müraciətlərinə baxılması kimi həssas bir sahədə fəaliyyətimizin əsas qayəsini təşkil edib. İlk növbədə vətəndaşların qəbuluna münasibət kökündən dəyişilib, onlar diqqətlə dinlənilib, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul edilib. Hər bir müraciətə göstərilən həssas münasibət, açıqlıq, işgüzar mühit yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması rayon icra halimiyyətini vətəndaşların etimad ünvanına çevirib, vətəndaş məmnunluğunu yüksəldib. Bu yöndə əsaslı və ciddi tədbirlərimizin davamı olaraq Gədəbəy Rayon İH tərəfindən vətəndaşlara Azərbaycan Respublikası Mülkü Məcələsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin tələblərinə uyğun olaraq 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Mərkəzdə RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilmişdir. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) qaynar xətt yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir. Xidmətlərə aid olan məsələlər: -sənədlərin qəbulu və verilməsi; - memarlıq və tikinti məsələləri (13 xidmət); - hüquq məsələləri (12 xidmət); - sosial-iqtisadi məsələlər(6 xidmət); - humanitar məsələlər; - İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər(8 xidmət); - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri; Mərkəzin məqsədi: -sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi; -vaxt itkisinin qarşısının alınması; -süründürməcilik və korrupsiya hallarının qarşısının alınması; -vətəndaşın eyni vaxtda vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi; -işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması; -RİH-nin vətəndaşın etimad ünvanına cevrilməsi; -vətəndaş məmunluğunun yüksəldilməsi; Könüllülər tərəfindən göstərilən xidmətlər: -sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı onların öz ünvanlarında ilkin səndləşmə işlərinə köməklik göstərilir; -müraciət edən vətəndaşların ərizə formalarının doldurulmasını həyata keçirir. s.s Xidmətin adı 1 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi. (komissiya) 2 Dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi 3 Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi 4 Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması. 5 Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması 6 Yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması üçün rəyin verilməsi 7 Əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla etibarnamələrin təsdiq edilməsi 8 Sənədlərdəki imzaların həqiqiliyinin təsdiq edilməsi 9 Vəsiyyətnamələrin təsdiq edilməsi 10 Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi 11 Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi 12 Doğumun qeydə alınması 13 Ölümün qeydə alınması 14 Nikahın qeydə alınması 15 Nikah yaşının azaldılması Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazənin verilməsi 16 Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması 17 Fiziki şəxsin üzərində patronaj təyin edilməsi Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilməsi 18