“Regional İnkişaf” İctimai Birliyi Lənkəranda iaşə obyektlərinin inzibatçıları üçün təlim keçirib (FOTO)


Digərləri 04 Fev 2019 11:31:26 273 0

“Regional İnkişaf” İctimai Birliyi Lənkəranda iaşə obyektlərinin inzibatçıları üçün təlim keçirib (FOTO)

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “Regionlarda ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi” layihəsi çərçivəsində növbəti təlim Lənkəran şəhərində keçirilib.

Bakı. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “Regionlarda ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi” layihəsi çərçivəsində növbəti təlim Lənkəran şəhərində keçirilib. Trend-in məlumatına görə, təlim məşğələlərində Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının 20-dən çox restoran inzibatçısı iştirak edib. İki gün davam edən təlimin məqsədi regionlarda mövcud ictimai iaşə obyektlərində xidmətin səviyyəsini yüksəltmək, bu obyektlərdə xidmət personalının bilik və təcrübələrini artırmaq, iaşə obyektlərində çalışanlara beynəlxalq təcrübəyə uyğun infrastruktur və sanitar-gigiyenik tələblərə dair metodiki kömək göstərmək, regionlarda turizmin inkişafına dəstək verməkdir.