Portrait Now! 2019: hər kəs üçün incəsənət (FOTO)


Digərləri 07 Noy 2018 14:46:38 287 0

Portrait Now! 2019: hər kəs üçün incəsənət (FOTO)

Oktyabr ayında Şərqi Avropa ölkələrində Portrait Now! 2019 portret incəsənəti beynəlxalq müsabiqəsinin seçim turunun iştirakçılarının qeydiyyatı başlayıb

Bakı. Oktyabr ayında Şərqi Avropa ölkələrində Portrait Now! 2019 portret incəsənəti beynəlxalq müsabiqəsinin seçim turunun iştirakçılarının qeydiyyatı başlayıb. Azərbaycanda seçim turunu Carlsberg Group-un bir hissəsi olan Carlsberg Azerbaijan şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə tərəfdaşlıq formatında həyata keçirəcək. Portrait Now! 2019 – Carlsberg Fondunun Frederiksborq qəsrində Milli Tarix Muzeyində (Danimarka) keçirdiyi pivəbişirən Y.K.Yakobsen adına 7-ci beynəlxalq müsabiqədir. Bu portret mükafatı ilk dəfə 2007-ci ildə ümumilikdə incəsənətə və janr olaraq portretə marağın cəlb olunması üçün təqdim olunub. Mükafatın fəlsəfəsi: insan obrazının canlandırılması vasitəsilə müəllif onun daxili dünyasını əks etdirir. Portrait Now! 2019 müsabiqəsi bir neçə mərhələdə keçirilir. Şərqi Avropa ölkələrindən iştirakçılar 31 dekabr 2018-ci il tarixinədək əsərlərini www.portraitnow2019.com müsabiqənin regional seçim turu saytında qeydiyyatdan keçirməlidir. Portrait Now! 2019 müsabiqəsinin Şərqi Avropada seçim mərhələsində Ukrayna, Rusiya, Qazaxıstan, Azərbaycan və regionun digər ölkələrindən müəlliflər iştirak edə bilər. Qeydiyyat başa çatdıqdan sonra bütün əsərlər 8 yüksək ixtisaslı ekspertdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Mütəxəssislər Portrait Now! 2019 müsabiqəsinin seçim mərhələsinin iştirakçılarının Lvovda “Lvivarnya” Muzey-Mədəniyyət Pivə Tarixi kompleksində sərgidə təqdim olunacaq 30 əsərini seçəcək. Bu əsərlər arasında münsiflər heyəti müsabiqənin yekun mərhələsində iştirak edəcək və Danimarkada Frederiksborq qəsrində dünyanın digər regionlarından müsabiqənin seçim mərhələsinin qaliblərinin əsərləri ilə birlikdə sərgidə iştirak edəcək. Carlsberg Fondu (Danimarka) müsabiqənin yekun mərhələsini keçirəcək və qalibləri seçəcək. Qalibləri Fonddan 10 000-dən 85 000 Danimarka kronunadək məbləğdə 3 əsas və 3 əlavə pul mükafatı kateqoriyası gözləyir. Mükafatlar barədə ətraflı məlumatı https://portraitnow.org/ saytında əldə edə bilərsiniz. Portrait Now! 2019 müsabiqəsinin beynəlxalq münsiflər heyəti dünyanın 7 ölkəsindən aparıcı ekspertlərdən ibarətdir: Şotlandiya Milli Portret Qalereyasının direktoru Kristofer Beyker (Edinburq, Şotlandiya), Şahzadə Qonqun Sarayı yanında Muzeyin (Pekin, Çin) direktoru Sun Xuquan, Times Modern İncəsənət Muzeyinin direktoru Van Yi (Pekin, Çin), Faberje Muzeyinin direktorunun birinci müavini Mixail Ovçinnikov (Sankt-Peterburq, Rusiya), Reykyavik İncəsənət Muzeyinin direktoru Olof Kristin Siqurdardottir (İslandiya), tənqidçi-sənətşünas Henrik Vivel (Danimarka), Milli Portret Qalereyasının kuratoru Lyusi Dalsen (London), Frederiksborq qəsrində Milli Tarix Muzeyinin direktoru Mette Skouqard (Danimarka).