Kapital Bank “Könüllülər” proqramına start verdi


Digərləri 02 Avq 2018 09:41:00 353 0

Kapital Bank “Könüllülər” proqramına start verdi

Kapital Bank gənclər üçün yeni “Könüllülər” proqramına başlayıb.

Bakı. Kapital Bank gənclər üçün yeni “Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində 30 nəfər gənc Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələnəcəklər. Könüllülər ilk 2 həftə ərzində bankda nəzəri təlimlər keçəcəklər. Növbəti 2 həftə ərzində təcrübə proqramında iştirak edəcəklər. Son 2 ay müddətində isə filiallarda könüllülər qismində müştərilərə xidmət göstərəcəklər. 3 aylıq proqramın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib ki, təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək. Həmçinin gənclərə yalnız məlumat xidmətinin iş prinsipi deyil, bank əməliyyatları, kreditlər, əmanətlər, ödəniş kartları, pul köçürmələri, müxtəlif xidmət tarifləri və digər mühüm istiqamətlər üzrə də məlumat veriləcək və gündəlik iş prosesində onların da iştirakı təmin ediləcək.