Bu gün Azərbaycan kinosunun yaranmasının 120 illiyidir


Digərləri 02 Avq 2018 09:32:00 325 0

Bu gün Azərbaycan kinosunun yaranmasının 120 illiyidir

Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli Kino günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Bakı. Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli Kino günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli 3616 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq təşkil edilən mərasimdə rejissor Yavər Rzayevin milli kinomuzun tarixi və keçdiyi zəngin inkişaf yolundan bəhs edən sənədli film nümayiş etdiriləcək.