Bakıda su sayğaclarını oğurlayan şəxs tutulub


Digərləri 21 İyl 2018 12:44:00 255 0

Bakıda su sayğaclarını oğurlayan şəxs tutulub

Bakıda su sayğaclarını oğurlayan şəxs tutulub

Bakı. Bakıda su sayğaclarını oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsinə (PB) Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının iyulun 20-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək tutulub.