Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub (FOTO)


Digərləri 12 İyl 2018 16:47:00 248 0

Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub (FOTO)

“AXDG” QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub

Bakı. “AXDG” QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub. QSC-dən Trend-ə verilən məlumata görə, “İrgiz” yedək-təchizat gəmisi “Seven Mile Shipping Limited” şirkətinin sifarişi əsasında “Jambul” layihəsi çərçivəsində Xəzərin Qazaxıstan sektorunda yedək-təchizat işləri həyata keçirir.