İnstagram üçün şəkil çəkdirəndə köpək balığı dişlədi


Digərləri 12 İyl 2018 12:16:00 509 0

İnstagram üçün şəkil çəkdirəndə köpək balığı dişlədi

Kaliforniyalı model Katarina Zarutskie sevgilisi və onun ailəsi ilə birlikdə Baham adalarına tətilə çıxıb.

Son.az nypost-a istinadla xəbər verir ki, İnstagram hesabında 13 minə yaxın izləyicisi olan modelin tətil zamanı başına iş gəlib. Belə ki, Eksuma adasında dincələn model köpək balıqlarının olduğu yerdə üzərkən şəkil çəkdirmək istəyib və bu əsnada köpək balığı onun qolunu dişləyib.

Model sudan çıxıb və ona ilk yardım göstərilib. O, bildirib ki, çox qorxsa da, özünü itirməyib.


Xəbərə aid foto