Bakı bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib (FOTO)


Digərləri 12 İyl 2018 10:29:24 281 0

Bakı bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib (FOTO)

Bakı bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Bakı bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib ki, bu gün dünyada çoxlu sayda insan bir sıra çətinliklərlə üzləşir, bəzi insanlar xəstəliklərdən, aclıqdan əziyyət çəkir, bir sıra ölkələrdə təhlükəsizlik məsələləri ilə bağlı problemlər mövcuddur: "İstəyimiz odur ki, insanlar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa cəlb olunsun. İstəyirik ki, hər bir Azərbaycan vətəndaşı Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini dərk etsin və üzərinə düşən vəzifələri həyata keçirsin, dövlətin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləməyə hazır olsun". Bu baxımdan stendlərin hazırlanmasının çox yaxşı bir ideya və layihə olduğunu nəzərə çatdıran Ə.Əhmədov qeyd edib ki, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi və IDEA Ictimai Birliyinin hazırladığı ikitərəfli stendlər hər məqsədi asan şəkildə izah etməklə yanaşı, bu məqsədlərə nail olmaq üçün hər kəsin görə biləcəyi işlərə dair məsləhətləri özündə əks etdirir. BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri barəsində məlumatlılığın artırılması bu məqsədlərin uğurlu icrası üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən bütün vətəndaşların maarifləndirilməsi, proseslərin cəlbinin artırılması, iştiraka həvəsləndirilməsi və bütün səviyyələrdə cavabdehliyin təmin edilməsi üçün birgə səy göstərməliyik. Q.İshaqzai Bakı bulvarında bu stendlərin quraşdırılmasının da çox əhəmiyyətli olduğunu söyləyib. Onun sözlərinə görə, Bakı bulvarı insanların daha çox ziyarət etdiyi məkan olduğundan burada stendlərin quraşdırılması daha çox insanın maarifləndirilməsinə yardım edər. Qeyd edək ki, stendlər 4 ay ərzində Bakı bulvarının mərkəzi hissəsində nümayiş olunacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin