Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər


Digərləri 10 Mar 2026 16:16:00 86 1

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncama əsasən hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda humanitar fəaliyyətin təşviqi, mərhəmət və həmrəylik dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Son.az xəbər verir ki, bu münasibətlə martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Cəmiyyətin əməkdaşları və könüllüləri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub, əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla yad edilib. Tədbir iştirakçıları Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətlərini xüsusi qeyd edərək onun zəngin siyasi irsinin bu gün də Azərbaycanın inkişaf yolunda mühüm istiqamətverici rol oynadığını vurğulayıblar. Daha sonra tədbir iştirakçıları Əliağa Şıxlinskinin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla anıblar. Qeyd olunub ki, general Əliağa Şıxlinski Azərbaycan hərb tarixinin ən görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, ölkəmizdə humanitar ideyaların və xeyriyyəçilik ənənələrinin formalaşmasına da mühüm töhfələr vermiş şəxsiyyətlərdən biridir. Ziyarət mərasimindən sonra tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində davam etdirilib. Burada Cəmiyyətin yaradılmasının ildönümü münasibətilə Novruz Aslanovun müəllifi olduğu "105 il sizinlə" adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən Novruz Aslanov kitabın hazırlanması ideyası, məzmunu və əhəmiyyəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, nəşrdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illik fəaliyyət tarixi, təşkilatın formalaşma mərhələləri, ölkənin müxtəlif dövrlərində həyata keçirdiyi humanitar layihələr, sosial proqramlar və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər ətraflı şəkildə əksini tapıb. Kitabda həmçinin təşkilatın könüllülük hərəkatının inkişafı, fövqəladə hallarda əhaliyə göstərilən yardım, sosial həssas qruplara dəstək layihələri və digər mühüm fəaliyyət istiqamətləri barədə məlumatlar yer alır. Çıxış zamanı vurğulanıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində ölkədə humanitar dəyərlərin təşviqi, ehtiyacı olan insanlara yardımın göstərilməsi, könüllülük fəaliyyətinin inkişafı və beynəlxalq humanitar prinsiplərin təbliği istiqamətində ardıcıl və sistemli iş aparıb.

Tədbirdə həmçinin Cəmiyyətin vitse-prezidentləri Qafar Əsgərzadə və Rövşən Əliyev, icraçı katib Ceyhun Mirzəyev və icraçı katibin müavini Elşən Səlimzadə çıxış ediblər. Onlar öz çıxışlarında təşkilatın ölkədə humanitar fəaliyyətin inkişafına verdiyi töhfələrdən, həyata keçirilən sosial layihələrdən və gələcək fəaliyyət istiqamətlərindən bəhs ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün də cəmiyyətin müxtəlif təbəqələrinə humanitar yardım göstərmək, könüllülük hərəkatını daha da genişləndirmək və humanitar dəyərlərin təbliğini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Təşkilatın qarşıdakı dövrdə də ölkə daxilində və beynəlxalq səviyyədə humanitar təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edəcəyi bildirilib. Tədbirin sonunda iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin gələcəkdə də daha da genişlənəcəyinə, humanitar dəyərlərin və həmrəylik ənənələrinin cəmiyyətdə daha geniş yayılmasına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

"Dərnəgül" stansiyasında işlər yekunlaşır like
  • 10 Mar 14:55  
Digərləri "Dərnəgül" stansiyasında işlər yekunlaşır

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Dərnəgül daya

arrow Ətraflı
Azərbaycanda tanınmış jurnalist vəfat ETDİ like
  • 10 Mar 14:53  
Digərləri Azərbaycanda tanınmış jurnalist vəfat ETDİ

"Qarabağ" qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov v

arrow Ətraflı
"Evlərimi, bağımı kirayə verib dolanıram" like
  • 10 Mar 14:45  
Şou-biznes "Evlərimi, bağımı kirayə verib dolanıram"

“O evlərdə bir qəpik də zəhmətim yoxdur”

arrow Ətraflı
Elxan Qaraxanoğlu xəbər portalını məhkəməyə VERDİ  İddiası rədd edildi like
  • 10 Mar 14:27  
Digərləri Elxan Qaraxanoğlu xəbər portalını məhkəməyə VERDİ İddiası rədd edildi

Manset.az xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması il

arrow Ətraflı
Pensiyalar sabah tam şəkildə ÖDƏNİLƏCƏK like
  • 10 Mar 13:26  
Digərləri Pensiyalar sabah tam şəkildə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Günəşdə son iki həftədə ən güclü partlayış baş verib like
  • 10 Mar 13:11  
Dünya Günəşdə son iki həftədə ən güclü partlayış baş verib

Martın 10-da gecəyarısı Günəşdə son iki həftədə ən güclü partlayı

arrow Ətraflı
DİM dünən imtahanı keçirdi: Həddən artıq narazılıqlar VAR  SƏBƏB like
  • 10 Mar 13:06  
Digərləri DİM dünən imtahanı keçirdi: Həddən artıq narazılıqlar VAR SƏBƏB

Dövlət İmtahan Mərkəzi martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi

arrow Ətraflı
Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından ÇIXARILDI like
  • 10 Mar 12:57  
Siyasət Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından ÇIXARILDI

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişib.

arrow Ətraflı
Məhkəmə Rəqsanə İsmayılova barədə qərar VERDİ like
  • 10 Mar 12:52  
Şou-biznes Məhkəmə Rəqsanə İsmayılova barədə qərar VERDİ

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimka

arrow Ətraflı
İki qurumun nizamnamələri yenilənir like
  • 10 Mar 12:35  
Digərləri İki qurumun nizamnamələri yenilənir

Medianın İnkişafı Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili v�

arrow Ətraflı
Müctəba Xamenei də ÖLDÜRÜLDÜ? like
  • 10 Mar 12:33  
Digərləri Müctəba Xamenei də ÖLDÜRÜLDÜ?

İranın yeni seçilən ali dini lideri Müctəba Xameneinin öldürüldüyü ba

arrow Ətraflı
Ayın 11də 15 dərəcə şaxta olacaq, güclü qar yağacaq  PROQNOZ like
  • 10 Mar 12:22  
Digərləri Ayın 11də 15 dərəcə şaxta olacaq, güclü qar yağacaq PROQNOZ

Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Sığortaolunanların uçotu yalnız bu yolla aparılacaq like
  • 10 Mar 12:21  
Digərləri Sığortaolunanların uçotu yalnız bu yolla aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılac

arrow Ətraflı
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib like
  • 10 Mar 12:17  
Siyasət Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiql

arrow Ətraflı