Mettis Brüsseldə NATO-nun sammitində iştirak edəcək
Digərləri 07 İyl 2018 03:16:00 339 0
Pentaqonun rəhbəri Ceyms Mettis iyulun 11-12-si Brüsseldə keçiriləcək NATO-nun sammitində iştirak edəcək
Bakı.
Pentaqonun rəhbəri Ceyms Mettis iyulun 11-12-si Brüsseldə keçiriləcək NATO-nun sammitində iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ müdafiə nazirliyinin mətbuat-xidmətindən bildiriblər.
Ceyms Mettis NATO-nun sammitindən sonra ABŞ-ın cənub-şərq Avropaya dəstəyini vurğulamaq üçün Xorvatiyanın Zaqreb şəhərində NATO ölkələrinin müdafiə nazirləri ilə görüşəcək.
Mənbə: az.trend.az