Xəzərdə balıqların kütləvi ölümünün


Digərləri 06 İyl 2018 16:13:00 266 0

Xəzərdə balıqların kütləvi ölümünün

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizi Bakı buxtası Qum adasının 3-4 kvadrat km olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümünün səbəini açıqlayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisənin səbəblərini araşdırmaq üçün ETSN və AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib.

Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu məlum olub. Nazirlik AMEA-nın əməkdaşları ilə birgə balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə balıq və su nümunələri üzərində analizlər aparıb.

Balıq nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.