"Norm Sement"in İTV ilə birgə layihəsi davam edir


Digərləri 06 İyl 2018 16:19:57 268 0

"Norm Sement"in İTV ilə birgə layihəsi davam edir

Norm Sement sosial media istifadəçiləri üçün yenilikçi kampaniyalara davam edir.

Bakı. Norm Sement sosial media istifadəçiləri üçün yenilikçi kampaniyalara davam edir. "Norm Sement"dən Trend-ə verilən məlumata görə, şirkət 14 iyun tarixində İctimai Televiziya ilə birgə sosial media istifadəçiləri üçün nəzərdə tutulmuş, 2018-ci il Futbol üzrə Dünya Çempionatının ümumilikdə 44 oyununu əhatə edən möhtəşəm layihəyə start vermişdir. Bu gündən etibarən DÇ-nın növbəti 1/4 mərhələsinin oyunlarında müsabiqənin III turunun sualları səsləndiriləcək. Layihənin məqsədi sevimli oyunlarını izləyərək zövq alan futbol azarkeşlərini dəyərli hədiyyələrlə mükafatlandırmaqdır. Beləliklə, Dünya Çempionatının ölkəmizdəki izləyiciləri bu imkandan yararlanmalı, olduqları yerdən hədiyyə qazanmaq üçün İTV-də oyunları diqqətlə izləməli və aktiv olmalıdırlar. Müsabiqə qaydalarına əsasən izləyicilər Dünya Çempionatının müxtəlif mərhələlərində keçirilən və İTV-də yayımlanan oyunlarda şərhçinin səsləndirdiyi suallara cavab tapmalı və cavabı Norm Sement-in Facebook səhifələrində oyunların elan posterlərinin şərhlər bölməsində qeyd etməlidirlər. İzləyicilər istənilən mərhələdən müsabiqəyə qoşula bilərlər. Cavabı ən tez və düzgün yazan müsabiqə iştirakçısı qalıb olur və həmin mərhələ üçün müəyyən edilmiş hədiyyələrdən birinə sahib olur. Dəyərli hədiyyələrin siyahısı belədir: